Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin tanınmış kino və teatr aktyoru Xalid Akçatəpənin vəfatı ilə əlaqədar başsağlığı verib.
Mynews.az-ın məlumatına görə, başsağlığı mətnində deyilir: “Canlandırdığı obrazlar və şəxsiyyəti ilə bütün yaşda olan insanların sevgisini qazanan usta aktyor hər zaman sevgi və ehtiramla yad ediləcək. Mərhuma Allahdan rəhmət, yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verirəm”.
Eyni zamanda, başsağlığı mətnində prezidentin aktyorun ölümündən dərin kədər hissi keçirdi əks olunub.
Qeyd edək ki, X.Akçatəpə ötən gün 79 yaşında dünyasını dəyişib. Onun ölümünə səbəb damar tıxanması olub.
Xatırladaq ki, X.Akçatəpə 1938 -ci il yanvarın 1-də Ünyedə dünyaya gəlib. Aktyor "Tatlı Dilim" filmi ilə tanınıb. Ona şöhrət gətirən isə rol aldığı "Hababam Sınıfı" filmi olub. X.Akçatəpə ekran əsərində "Güdük Nəcmi" obrazını canlandırıb. O, daha çox Kemal Sunal ilə birlikdə rol aldığı filmləri ilə yaddaşlarda qalıb. (Report)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub