Türkiyədə 15 iyul tarixində baş verən hərbi çevrilişin əsas memarlarından biri general Akın Öztürk qiyamdan bir neçə gün əvvəl Azərbaycana zəng edib.
FETÖ terror qruplaşmasının hərbi çevriliş cəhdi sırasında "Akıncı" hərbi hava bazasında baş verən hadisələrə aid iddia aktının 1 nömrəli hərbi müqəssiri, Ali Hərbi Şuranın üzve Akın Öztürkün 2016-cı ilin 13-16 iyul tarixləri arasında şühbhəli İsmayıl Keskin ilə 14, Veysel Kavak ilə 4, Hakan Karakuş ilə 1 dəfə telefon əlaqəsi saxladığı üzə çıxıb. Ankara respublika prokurorluğunun hazırlayıb məhkəməyə göndərdiyi iddia aktında şübhəli Akın Öztürkün telefon hesabatı da yer alıb.
Hesabata əsasən Öztürk 13, 14, 15 və 16 iyul tarixlərində İsmayıl Keskin ilə 14, Veysel Kavak ilə 4, Hakan Karakuş ilə 1 dəfə telefon əlaqəsi saxlayıb. Şübhəli general eyni telefon nömrəsindən 2016-cı ilin may ayından hərbi çevrilişə cəhdin həyata keçirildiyi 15 iyul tarixinə qədər şübhəlilərdən İsmayıl Kesin ilə 25, Hakan Karakuş ilə 11, Kemal Akçınar ilə 6, Osman Nuri Gür ilə 6, Veysel Kavak ilə 4, Ahmet Özçetin ilə 2, Uğur Buldu ilə 2, Mustafa Azimetli ilə 2, Hakan Evrim ilə bir dəfə əlaqə saxlayıb. Akın Öztürk hərbi qiyam günü saat 17:43 radələrində İsmayıl Keskinə zəng edib. Generalın telefonu Ankaranın Sincan rayonundakı bir bazadan texniki dəstək alıb.
Öztürk ilə Keskin eyni gündə saat 17: 44, 21:32, 21:40, 21:41, 21:58 və 23:16 radələrində bir-birlərinə zəng ediblər.
Şübhəli Akın Öztürk 16 iyul günü saat 18:36 radələrində İsmayıl Keskinə sonuncu dəfə zəng edib. Generalın telefonuna Çankaya Devlet Mahallesi Merasim küçəsindəki baza stansiyasından texniki dəstək verilib.
Hesabatda Akın Öztürkün xarici telefon zəngləri də qeyd edilib. Bildirilir ki, general 13 iyun tarixində İngiltərə, 25 iyunda İrlandiya, İtaliya, 2 iyulda Şimali Koreya, 5 iyul tarixində Belçika və Azərbaycan, 6 iyulda Belçika, 6 və 7 iyul tarixlərində Almaniya, 8 iyulda Belçika kimi dövlətlərə də zəng edib və mesaj göndərib.
olke.az/