İraqda İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin "sağ əli" hesab edilən terrorçu İyad əl-Cümeyli məhv edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər.
Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan "Əbu Yəhya" ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli "müdafiə naziri" vəzifəsini icra edib.
Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan "Əbu Hacar" ləqəbli Türki Camal əd-Düleymi və "Əbu Həttab" ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub