Bazar günü keçirilən prezident seçkilərində səslərin 96%-nin hesablanmasından sonra etiraz aksiyaları başlayıb. Ölkənin sabiq vitse-prezidenti Lenin Moreno mühafizəkar Qilyermo Lassonu bir neçə faiz geridə qoyub. Bundan sonra məğlub olan şəxs insanları küçəyə çıxmağa çağırıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Lenin Moreno təxminən 51%, Qilyermo Lasso 49% səs toplayıb. Daha öncə nüfuzlu sorğulardan biri Lassonun qələbə qazanacağına dair bildirmişdi, namizəd “Tvitter”də ismarıc yazıb, amma daha sonra vəziyyət dəyişdi.
Ekvadorun Seçki Şurası hələlik qalibi elan etməyib, amma hazırkı prezident Rafael Korrera artıq “Tvitter”də Morenonun qələbəsinin qarşısıalınmaz olduğunu yazıb, belə ki, səs fərqi 200 mindən çoxdur.
Ekvadorda kimin qələbə çalacağından “WikiLeaks” portalının təsisçisi Culian Assanjın taleyi asılıdır. Belə ki, Lasso qələbə çalacağı təqdirdə, Assanj artıq altı ildir yaşadığı Ekvadorun İngiltərədəki səfirliyindən 30 gün ərzində çıxarılacaq.
“Mən cənab Lassonu 30 gün ərzində Ekvadoru tərk etməyə çağırıram”, - Assanj mühafizəkarın seçkilərdə məğlubiyyətini “Tvitter”də belə şərh edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub