Ötən ilin aprelində Qarabağda ordumuzun qazandığı şanlı qələbələrin ildönümünə həsr olunmuş “Döyüş Gündəliyi – Talış” filmi təqdim olunub.
Mynews.az xəbər verir ki, Tofiq Şahmuradovun müəllifi olduğu filmdə Talış istiqamətində gedən döyüşlərdə azad olunmuş ərazilərin görüntüləri yer alıb.
Filmdə həmçinin aprel əməliyyatlarının detalları ilə bağlı ətraflı məlumat verilərək, sözügedən ərazidə düşmənin 21 postunun dağıdıldığı, ermənilərin “keçilməz” dediyi səddin – “Ohanyan xətti”nin əsgərlərimiz tərəfindən yarıldığını qeyd olunub.
“Döyüş Gündəliyi – Talış” filmi aprel döyüşlərində ordumuzun necə böyük şücaət göstərdiyini aydın şəkildə gözlər önünə sərir.
Qeyd edək ki, filmin ssenari müəllifi Elçin Əliyev, rejissoru Fuad Tofiqoğludur.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub