Rusiyanın Sankt-Peterburq şəhərinin metrosunda baş vermiş partlayış anının görüntüsü yayılıb.
Mynews.az Apa.az-a istinadən xəbər verir ki, Rusiya Milli Antiterror Komitəsi terror aktı nəticəsində ölən və yaralıların sayı haqqında yeni məlumat açıqlayıb. Komitə terror aktı nəticəsində 11 nəfərin öldüyünü, 45 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, aprelin 3-də Peterburq metropoliteninin "Texnoloji institut" və Sennaya ploşşad" stansiyaları arasında vaqonda partlayış baş verib.
Bundan başqa Milli Antiterror Komitəsi Peterburq metorpoliteninin "Ploşşad Vostaniya" stansiyasında da əldəqayırma partlayıcı qurğu aşkarlayıb. Partlayıcı zərərsizləşdirilib.
Rusiya İstintaq Komitəsi məlum hadisəni terror aktı kimi qiymətləndirib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub