ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə zəng edərək Sankt-Peterburqda baş verən terror aktı ilə əlaqədar başsağlığı verib.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
“Vladimir Putin ilə söhbət zamanı Donald Tramp Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib və Rusiya xalqının kədərini bölüşdüyünü bildirib”, - Peskov deyib.
“Prezidentlər qeyd edib ki, terrorizm – şərdir, onunla birgə mübarizə aparmaq lazımdır”, - mətbuat katibi bildirib.
Peskovun sözlərinə görə, Putin və Tramp əlaqələrin davam etdirilməsinə dair razılığa gəliblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub