Rusiya prezidenti Vladimir Putin Çinin internetin nizamlanması üzrə qadağa modelini tənqid etməməyə çağırıb.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az bu barədə “Meduza”ya istinadən xəbər verir.
“Artıq heç yerdə internetdə sərbəstlik yoxdur”, - dövlət başçısı bu barədə Ümumrusiya Xalq Cəbhəsinin media forumunda bildirib.
İnternetdə yayılan informasiyaya nəzarətin daha da sərtləşdirilməsinə ehtiyacın olmasına dair suala cavab verərkən o, mövcud tədbirlərin yetərli olduğunu deyib.
“Bizdə məhdudiyyətlər mövcuddur, onlar hamıya yaxşı məlumdur – bu intihar, uşaq pornoqrafiyası, terrorun təbliği, narkotikin yayılması və s. ilə bağlı materiallara daxildir. Bu tədbirlər qüvvədədir”, - o əlavə edib.
“Hətta hərbi paradı da qadağan ediblər, belə getsə, hər şey qadağan ediləcək”, - deyə prezident Vladimir Visotskinin mahnısından sitat gətirib. Putin xatırladıb ki, internetdə qadağan olmayan hər şeyi etmək olar.
2000-ci ilin əvvəllərində Çin internetdə monitorinq və fəallığın blok edilməsi üzrə sistemi yaratmağa başlayıb. Bu sistem həm ayrı-ayrı saytları, eləcə də müəyyən axtarış sorğularını blok etmək imkanı verir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub