Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.
Anti-terror əməliyyatları qərargahı ötən gün ərzində 5 Ukrayna hərbçisinin həlak olduğunu, 9-nun yaralandığını açıqlayıb.
Ən gərgin vəziyyət Avdeyevka şəhəri yaxınlığında qeydə alınıb. Ukrayna hərbçiləri ilə separatçılar arasındakı döyüşdə 4 Ukrayna hərbçisi həlak olub, 5 nəfər yaralanıb.
Qeyd edək ki, Donbasda genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanacağına dair iddialar son günlər artıb. Ötən həftə Ukraynanın xarici işlər naziri Pavel Klimkin “5-ci kanal”ın efirində deyib ki, Rusiya öz qoşunlarını Ukrayna ilə sərhəddə yerləşdirməklə açıq şəkildə genişmiqyaslı müdaxiləyə hazırlaşdığını göstərir.
Daha əvvəl isə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə brifinqdə bildirib ki, Rusiya Ukrayna ilə sərhəddə 10,5 mindən çox hərbi qulluqçunun daxil ediləcəyi motoatıcı diviziya formalaşdırır. Onun sözlərinə görə, diviziyadan Ukraynanın şərqində döyüş əməliyyatlarında istifadə olunacaq.(publika.az)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub