Ailəsi də, həkimlər də 6 il ərzində anoreksiya ilə mübarizə aparan gənc qızın həyatda qalacağına ümidini üzmüşdü artıq. Lakin o, möcüzəvi bir şəkildə həyata qayıdır.
Nikola King 16 yaşından etibarən aldığı hər kalorini saymağa başlayır və qısa müddət sonra anoreksiya xəstəsi olur. Son 6 həftə ərzində isə yeməyi tam rədd edir, hətta bu müddət ərzində su belə içmir. Gənc qızın saçları tökülməyə başlayır, menstruasiyadan kəsilir və davamlı ağrıları baş qaldırır. Nəticədə 25 kilo arıqlayan Nikola həkimlərin ciddi nəzarətinə götürülür.
Həkimlər onun ailəsinə həyati orqanlarının sıradan çıxmağa başladığını və qızları ilə vidalaşmağı söyləyirlər. Ancaq gənc qızın həyatdan imtina etməyə heç niyyəti olmur. Nikola 3 həftə süni yolla qidalanır. Sonra isə yavaş-yavaş həyata qayıtmağa başlayır. Bir müddət sonra evinə dönür. İdmanla məşğul olmağa və nizamlı qidalanmağa başlayır. 2015-ci ildən isə o, bədən quruluşunu formaya salan idman məşqləri edir. Elə bu da onun bütün həyatını dəyişir.
Ötən gün 24 yaşlı Nikola sağlam qidalanma və idman sayəsində qovuşduğu ideal bədən quruluşuna görə müsabiqədə qalib olub.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub