“Pepsi” ermənidən yararlanmaq istədi, peşman oldu VİDEO + FOTO

681
“Pepsi” ermənidən yararlanmaq istədi, peşman oldu VİDEO + FOTO

Dünyanın ən böyük brendlərindən biri “PepsiCo” qalmaqal yaradıb və bu səbəbdən də üzr istəyib. Şirkət, hətta yeni reklam kampaniyasını dayandırıb.

Mynews.az-ın məlumatına görə, Oxu.az SBC-yə istinadən bildirir ki, “PepsiCo” erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyanın bacısı, dünyanın ən məşhur modellərindən biri Kendal Cennerlə “Jump” adlı reklam videoklipini rəsmən təqdim etmişdi.

“Pepsi Max” içkisinin reklam olunduğu bu klip korporasiyanın “Bu günlə yaşa” kampaniyasının bir hissəsidir.

Erməni Kim Kardaşyanın kiçik bacısı Kendal Cenner reklamda etiraz aksiyasının lideri olan qız rolunu oynayır.

Üstəlik, video plagiatdır, çünki final kadrlar “Black Lives Matter” hərəkatının Luiziana ştatındakı Baton-Ruj şəhərində keçirdiyi etiraz aksiyasında çəkilmiş fotonun təkrarıdır.

Reklamda K.Cenner etiraz edən gənclərin arasından çıxaraq küçədə durmuş polislərdən birinə “Pepsi Max” verir.

Reklam ABŞ-da çox böyük qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri, media və siyasətçilər “PepsiCo”nu irqi qeyri-bərabərliyə etiraz edən qaradərililərin “BlackLivesMatter” hərəkatının obrazını istismar etməkdə suçlayıblar.

Üstəlik, çəkilişə görə böyük məbləğdə pul alan Kendal Cennerin qaradərililərin problemlərindən sui-istifadə edərək pul qazanması da “iyrənclik” adlandırılıb.

Amerikalılar sosial şəbəkələrdə “PepsiCo”nu ələ salıblar: “Sən demə, uğurlu inqilab üçün bizə “Pepsi” və Kendall Cenner gərəkmiş”.

“PepsiCo” reklamı “YouTube”dan silib və nümayişini dayandırıb.

Daha sonra şirkət üzr istəyib: “Vəhdət, sülh və qarşılıqlı anlayış barədə qlobal “messic” vermək istədik. Aydındır ki, mühüm məqam diqqətimizdən yayınıb. Hər hansı ciddi problemi işıqlandırmaq niyyətimiz olmayıb. Kendal Cenneri reklama çəkdiyimizə görə üzr istəyirik”.

“Pepsi”nin üzrxahlığı daha böyük qalmaqal və tənqidlərə səbəb olub.

“Pepsi”nin belə tərbiyəsizliyi təəssüf doğurur. Şirkət ağdərili, erməni modeli “Black Lives Matter” hərəkatının ikonasına çevirmək istəyib. Halbuki irqi problemlərdən bəhs etməklə bağlı heç bir təcrübəsi olmayan “Pepsi”nin indi qəflətən bu fikrə düşməsi qəribədir. Əgər bu barədə reklamında bəhs etmək istəyirsənsə, süni və saxtakar olmamalısan”, - məşhur marketoloq Mayk Cekson deyib.

Erməni əsilli K.Cenner “Pepsi” şirkətinin Sindi Krouforddan sonra “reklam siması” qismində seçdiyi ikinci modeldir.

Parisdən Los-Ancelesə dönən K.Cenner üzünü əli ilə örtüb və reportyorların suallarını cavablamaq istəməyib.

Qalmaqallı reklamdan sonra PepsiCo-nun səhmləri kəskin şəkildə ucuzlaşıb.

 

Xəbər lenti