Rusiyanın Birinci telekanalında yayımlanan “Veçerniy Urqant” verilişinin aparıcısı İvan Urqant bu yaxınlarda Bakıda baş verən qəribə hadisəni geniş işıqlandırıb.
Mynews.az azxeber.com-a istinadən xəbər verir.
“Nikaha daxil olan Azərbaycan sakini toyuna gəlməyən qonaqları məhkəməyə verib. Qeyd olunur ki, şikayətçi toya gəlməyən 15 nəfərin ümumilikdə 1500 AZN məbləğində cərimə olunması haqda iddia irəli sürüb”, - deyə Urqant verilişin “Novosti ot İvana” rubrikasında bildirib.
O, verilişin sonunda “İndi də gəlin birlikdə nə üçün dəvət etdiyi qonaqların bu insanın toyuna gəlmədiyini araşdıraq”, - deyə təbəssümlə bildirib.
Urqant: “Ona görə də dəvətnaməni daha düzgün tərtib etmək lazım idi. Belə yazmaq daha düzgün olardı - “Əziz Məhəmməd və Günel, sizi 13 martda bizim toyumuza, ya da 15 martda Bakı rayon məhkəməsinə dəvət edirik”.
Qeyd edək ki, bir müddət əvvəl Bakı sakini özünə toy edib və toyuna gəlməyənləri məhkəməyə vermək üçün vəkilə müraciət etmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub