Türkiyəyə enən uçan boşqab ölkəni ayağa qaldırdı ŞOK... - FOTOLAR

914
Türkiyəyə enən uçan boşqab ölkəni ayağa qaldırdı ŞOK... - FOTOLAR
Türkiyədə Muğla şəhərinə bağlı Datça Bələdiyyəsi 1 aprel zarafatı ilə ölkədə əməllicə ajiotaj yarada bilib.
 
Mynews.az Türk mediasına istinadla bildirir ki, Bələdiyyənin Twitter səhifəsində belə bir xəbər yerləşdirilib: “Az öncə Datça yaxınlarına bir cismin düşdüyü xəbəri gəldi. Xilasetmə qüvvələrimiz hadisə yerinə gedir. Foto dron ilə çəkildi”.
 
Bələdiyyənin bu mesajı bir çox insanlar tərəfindən ciddi qarşılanıb. Dövlət qurumu tərəfindən belə bir 1 aprel zarafatı ediləcəyini təsəvvür etməyən yerli əhali sosial şəbəkələrdə narahatlıq doğuran mesajlar yazmağa paylaşıblar. Qısa zamanda xəbər bütün ölkəyə yayılaraq “Türkiyəyə uçan boşqab enməsi” şəklində mediada informasiların yayılmasına səbəb olub. 
 
 
 

Xəbər lenti