Ananası zəncirləyib metroda gəzdirdi - FOTOLAR

Ankarada qəribə bir hadisə baş verib. Belə ki, bir gənc qız metroda özü ilə bərabər it kimi zəncirlədiyi ananası gəzidirib. Bu hadisəylə qarşılaşanlar təəccübünü gizlədə bilməyiblər.
Sosial media istifadəçiləri bu qəribə gənc qızın foto şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Qısa müddət ərzində qız demək olar ki, bütün Türkiyədə məşhurlaşıb, hər kəs bu qeyri-adi hadisədən danışıb.
Metroda qızın zəncirlənmiş ananas gəzdirməsinin gerçək səbəbi isə daha sonra ortaya çıxıb.
Gənc qız qısa zamanda məşhurlaşmaq, performans göstərmək məqsədilə belə etdiyini deyib. Gənc qız Instagramdaki hesabında yeni bir sənətə giriş etmək məqsədilə ananas gəzdirdiyini açıqlayıb. "Çox maraqlı reaksiyalar almışıq. Ciddi qala bilmək ən çətiniydi. Fərqində olmasalar da bütün sərnişinlərə dəstəklərinə görə təşəkkür edirik " , deyə yazan qız bu işinin hələ bitmədiyini qeyd edib: "İşin son halı üçün bir az da vaxt var. Bu arada ananasın sonu deyəsən bir az pis olacaq".
Qeyd edək ki, daha əvvəl Çinli gənclər kələmi zəncirləyib gəzdirmişdilər.


Loading...
Dünya
- Orqanı kəsilmiş kişi meyiti tapıldı - Üstünə yapışdırılmış kağızda bu sözləri yazıblar - FOTO
- Ötən gün məhv edilən erməni təxribatçıların adları AÇIQLANDI
- İstanbul üçün qorxunc zəlzələ proqnozu - Daha çox Avropa tərəfi...
- Türkiyədə zəlzələdə ölənlərin sayı AÇIQLANDI
- Türkiyədə zəlzələdə ölənlərin sayı 45 mini keçdi
- Adıyamanda 4.2 bal gücündə zəlzələ oldu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 938 dəfə oxunub
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 937 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 923 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 910 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 906 dəfə oxunub
loading...