Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Təcavüzə məruz qalmasınlar deyə - AĞILASIĞMAZ İŞGƏNCƏ - FOTOLAR

Oxuculara Afrika və Yaxın Şərqdə baş verən heyrətamiz olduğu qədərə də əcaib bir hadisə barədə məlumat verəcəyik.
Qadınlara və qız uşaqlarına qarşı şiddət, bir çox cəmiyyət tərəfindən öz ictimai normalarına əməl etmədikləri səbəbilə hələ də davam etdirilir.
 
Çox zaman psixoloji olaraq gerçəkləşən bu şiddət, bəzən isə birbaşa olaraq fiziki işgəncə kimi tətbiq olunur. Afrika və Yaxın Şərqdə bu hadisələr daha çox baş verir. Başqa ölkələrdə isə bu şiddət, zorla evləndirmə, cəmiyyət təzyiqi və s. kimi özünə yer tapır. Hər gün xəbərləri tədqiq etdikdə mütləq qadına qarşı şiddət ehtiva edən informasiyalar tapmaq mümkündür. Afrikada böyümə çağına gələn qızların döşlərinin böyüməsi, kişilərin diqqətini çəkməsin deyə anaları tərəfindən döşləri düzləşdirilir. Bu hərəkəti etməkdə məqsədləri isə qızlarının iriləşən və diqqət çəkməyə başlayan döşlərinin, onların təcavüzünə səbəb olacağını düşünmələridir. Qızlarını təcavüzdən və  evlənmədən əvvəl cinsi əlaqədən qorumaq istəyən analar qız uşaqlarının döşlərini isti daşlar, hindistan qozu qabığı, qızdırılmış bıçaqlarla düzləşdiririrlər.
 
 
Beləliklə, qızlarını mümkün təhlükələrdən qoruyacaqlarını hesab edirlər. Qızlarının döşləri dümdüz olana qədər bu hərəkət təkrar olunur. Onların fikirlərinə görə bunun sayəsində qızları kişilər tərəfindən diqqət çəkməyəcək və  təhlükələrdən uzaq olacaq. Beləcə qadınlığın təmsili olan döşlərin düzləşməsi, qızlarının qadınlığını gizlədəcək.
 
 
Bu ağılasığmaz hərəkət nəticəsində süd vəziləri əzilən gənc qızlar ana olanda körpələrini əmizdirə bilmir. Açılan yaralar yaxşı şəkildə dezinfeksiya olunmadığı  üçün mikrob düşür, yara və yanıq izlərini bütün həyatları boyu daşıyırlar. Xüsusən Afrikada görülən bu ritualın əsas tətbiq olunduğu yer isə Kamerundur. Amma sadəcə Kamerunda deyil, eyni zamanda Birləşmiş Krallıqda da bu hal baş verir. Nə qədər heyrətamiz olsa da, yüzlərlə İngilis ailəsi, qızlarına qarşı bu işgəncəni həyata keçirir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...