Suriyada müxalif qrupların olduğu İdlibin Xan Şeyhun bölgəsinə yenidən hava zərbələri endirilib.
Mynews.az xəbər verir ki, hücum bu gün səhər saatlarında baş verib.
Qeyd edək ki, Suriya ordusunun bir neçə gün öncə bu bölgəyə kimyəvi silahla hücumu nəticəsində 100-ə qədər insan həlak olub. Bu hücum beynəlxalq arenada ciddi gərginliyə səbəb olub. ABŞ bu gecə Xan Şeyhun bölgəsinə kimyəvi silahla hücuma cavab olaraq, Suriya ordusunun mövqelərini bombalayıb. Rusiya ABŞ-ın bu addımına sərt reaksiya verib. Hazırda Rusiya və ABŞ arasında qarşıdurma yenidən qızışıb.
İdlibə yeni hücumun kimin tərəfindən olduğu dəqiqləşməyib. Lakin hərbi mütəxəssislər bu hücumu Rusiya təyyarələri tərəfindən edildiyini hesab edirlər. Hücum Moskvanın Vaşinqtona cavabı kimi qiymətləndirilir.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub