ABŞ Prezidenti Donald Trampın fəaliyyəti Amerika siyasətində mövcud olan dərin problemləri, aparıcı KİV-lərdəki özünəməxsus isterikanı üzə çıxarıb.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirlər “American Spectator” jurnalında dərc olunan məqalədə yazılıb.
Məqalədə qeyd olunur ki, aparıcı KİV-lər “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi təbliğat maşınlarının məlumatlarını fakt kimi qəbul edirlər:
“Ən şübhəlisi isə odur ki, D.Trampı Rusiya ilə əlaqələrə görə ən sərt tənqid edənlər Nümayəndələr Palatasının üzvləri Adam Şiff və Ceki Speyerdir. Onlar qərbyönümlü Azərbaycan ərazilərinin Moskvanın müttəfiqi Ermənistan tərəfindən qeyri-qanuni işğalının qatı tərəfdarlarıdır”.
Hər iki deputat Rusiya vətəndaşı və oliqarx olan, eləcə də Kremllə sıx əlaqələri olan Ermənistanın Los-Ancelesdəki baş konsulu ilə rahat şəkildə görüşə bilirlər.
Bununla belə, KİV-lərdə elə bir təəssürat yaradılır ki, Bakıda planlaşdırılan Tramp mehmanxanasının tikilməsi layihəsi reallaşmasa belə, bu layihə özü-özlüyündə ABŞ prezidentinin hansısa təhlükəli bir əlaqəsini nəzərdə tuturdu.
Çox güman ki, müəlliflər oxucuların D.Trampa olan nifrətinin Azərbaycanın İsrailin müttəfiqi və ABŞ-ın müsəlman dünyasında ən yaxşı dostu olması faktına kölgə salacağını ümid edirdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub