Cənubi Osetiya Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsi üçün Moskva ilə müzakirələri davam etdirəcək.
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qondarma Cənubi Osetiya parlamentinin spikeri Anatoli Bibilov söyləyib.
“Cənubi Osetiyanın Rusiyaya birləşmək arzusu osetin xalqının parçalanma anından etibarən mövcuddur. Üç ildən sonra osetin xalqının fərqli ərazilərdə yaşamasının 100 illiyi tamam olacaq. Bu, tamamilə yanlışdır. Biz Rusiya ilə müzakirələri davam etdirəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün qondarma respublikada prezident seçkisi keçirilir. Seçkinin ilkin nəticələrinə əsasən, Bibilov səslərin 57%-ni toplayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub