Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə kimyəvi-zəhərləyici qaz olan "zarin"li bombalar atan təyyarənin pilotunun kimliyi bilinib.
87 dinc sakinin, o cümlədən onlarla uşağın əzabla ölmələrinə səbəb olmuş bu bombardmanı Suriya Hərbi-Hava Qüvvələrinin generalı Məhəmməd Haytam Həsuri gerçəkləşdirib.
Mynews.az-ın verdiyi məlumata görə, Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, general M.Həsuri Suriya prezidenti Bəşər Əsədin ordusunda eskadra komandiridir.
Suriya parlamentinin Hələb şəhərindən olan deputatı, rəsmi Dəməşqin funksionerlərindən biri Farez Şəhabi Twitter-dəki profilində general Həsurinin fotosunu dərc edib. Fotoda Suriya silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Əli Abdulla Əyyub onun əlini sıxır.

Foto bu sözlərlə müşayiət olunub: "General Həsuriyə "Əl Qaida"nın İdlib vilayətindəki Xan Şeyhun şəhərindəki anbarlarını uğurla vurduğuna görə minnətdarlıq edilir".
Suriyanın hakimiyyət dairələri bildirirlər ki, onlar Xan Şeyhunda "terrorçuların kimyəvi-zəhərləyici maddəli sursatları saxladıqları anbarları" vurublar.
General Həsuri Xan Şeyhundan 22 km aralıdakı Latamin kəndinə də martın 30-da "zarin"li bombalar atmışdı.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub