“Suriyada yeni təxribatlar hazırlanır. Hədəf Suriya hakimiyyətini kimyəvi silahdan istifadədə ittiham etməkdir”.
Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin italiyalı həmkarı Sergio Mattarella ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Bizdə müxtəlif mənbələrdən informasiya var ki, belə təxribatlar hazırlanır. Suriyanın başqa regionlarında, həmçinin Dəməşqin cənub şəhərətrafında hansısa bir maddəni atmağa və Suriyanın rəsmi hakimiyyətini ittiham etməyə hazırlaşırlar”, - Putin deyib.
Kreml lideri hesab edir ki, ABŞ-ın Suriyaya raket zərbələri ətrafında yaranan vəziyyət 2003-cü ildə İraqa hücumu xatırladır:
“Bu, 2003-cü il hadisələrini xatırladır. ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndələri İraqda guya kimyəvi silahın tapıldığını göstərirdilər. Bundan sonra İraqda hərbi kampaniya başlandı. Ölkənin dağıdılması terror təhlükəsinin artması və İŞİD-in yaranması ilə nəticələndi”.
Rusiya prezidentinin fikrincə, Avropa ölkələri ABŞ-ın Suriyaya zərbələrini dəstəkləyərək Donald Tramp administrasiyası ilə münasibətləri qaydaya salmağa çalışır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub