İŞİD terror qruplaşması qərbi Mosulda döyüş əməliyyatlarında canlı qalxan kimi uşaqlardan istifadə edirlər.
Mynew.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin Uşaq Fondunun (UNİCEF) Mosulda fövqəladə vəziyyətləri üzrə əsas koordinatoru Bastian Vino jurnalistlərə bildirib.
“Bizdə uşaqlardan canlı qalxan kimi istifadə edilməsi haqqında məlumatlar var. Bu sxem şərqi Mosulda istifadə olunurdu və indi qərbi Mosulda təkrarlanır”, - o deyib.
Vinonun sözlərinə görə, UNİCEF köhnə şəhərdə qalan 220 minə qədər uşağın taleyindən son dərəcə narahatdır. BMT nümayəndəsi qeyd edib ki, koalisiya qoşunları tərəfindən mühasirəyə alınan ərazidə uşaqların həyatı təhlükədədir.
O, əlavə edib ki, UNİCEF Mosulda məktəblərin İŞİD tərəfindən bazalar kimi istifadə olunması barədə məlumatlara sahibdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub