Suriyada təxminən 20 minə yaxın əcnəbi döyüşür. Onlardan 9 mini MDB ölkələrinin vətəndaşıdır.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Mir" telekanalına müsahibəsində bildirib.
"Bu 9 minin təxminən yarıdan azı isə Rusiya vətəndaşıdır. 5 min nəfər isə Mərkəzi Asiya, KTMT-yə üzv ölkələrin payına düşür. Ona görə də təhlükə çox böyük və realdır. Biz bunu bilirik, bu təhlükənin miqyasını anlayırıq. Təhlükəni minimallaşdırmaq üçün hər şey etməliyik. Bunun üstündə işləyirik", - deyə Rusiya lideri vurğulayıb.
Putin Suriyadakı Rusiya hərbi kontingentinin əsas vəzifələrindən birinin terrorçu təşkilatların tərkibində döyüşənlərin ölkəyə geri dönüşünün qarşısını almaqdan ibarət olduğunu söyləyib: "Suriyada beynəlxalq terrorçularla döyüşən hərbçilərimiz onların geri dönə bilməmələri üçün ordadırlar. Onların əsas məqsədi məhz budur".
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub