İran prezidenti Həsən Ruhaniyə qarşı sui-qəsd təşkil edilə bilər.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu iddia ilə “Bizim ev – İsrail” partiyasının lideri, İsrailin müdafiə naziri Aviqdor Liberman çıxış edib.
Müdafiə naziri Qəzzada HƏMAS-ın liderlərindən biri olan Mazen Faqhanın ölümü (naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Faqhanı martın 24-də qətlə yetiriblər - red.) ilə bağlı İsrailə qarşı səslənən ittihamlara reaksiya verib.
“Bunun qəti olaraq bir daxili sui-qəsd olduğunu söyləyə bilərik (HƏMAS İsraili ona qarşı sui-qəsddə ittiham edib – red.). Mayın 19-da İranda keçiriləcək prezident seçkilərindən əvvəl bəziləri İran prezidenti Ruhaniyə qarşı sui-qəsd təşkil edərlərsə, bu, mənim üçün sürpriz olmayacaq”, - Liberman bildirib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub