Mynews.az “Veterans Today”-a istinadən məlumat verir ki, İnsan Hüquqları Şurasının İsveç Həkimləri təşkilatı (SWEDRHR) bildirib ki, İdlib şəhərində kimyəvi zəhərlənmədən ölən uşaqların görüntüləri dəqiq araşdırıldıqda məlum olub ki, özlərini Suriyalı uşaqların xilaskarı adlandıran Ağpapaqlılar uşaqlara adrenalin vurublar və bu uşaqların şoka düşüb can verməsinə səbəb olur. Ölən uşaqların görüntülərində heç bir kimyəvi zəhərlənmə əlaməti görünmür. Əslində xilasetmə əməliyyatı uşaqların qəsdən öldürülməsi əməliyyatı olub.
Bundan əlavə Qərb Meidası mediaya sızmış müəmmalı videoda ağpapaqlıların sözlərini düzgün tərcümə etməyib. Videoda uşaqların xilas edilməsi barədə heç bir söhbət eşidilmir. Əksinə ağpapaqlılardan biri digərinə deyir: Uşağı çəkilişdən qabaq hansı vəziyyətdə qoyum?” Uşaqların ayrıca müalicə olunmaması və böyük şəxslərin cəsədlərinin yanına qoyulması da bunun bir xilasetmə əməliyyatı yox, bir səhnələşdirmə olduğunu göstərir. Ağpapaqlılar Bəşər Əsədə qarşı vuruşan terrorçulardan yaradılmış bir qrupdur. Artıq neçənci dəfədir ki , Qərb bu qrupun vasitəsilə Suriya və Rusiya əleyhinə saxta səhnələr hazırlayır.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub