Özbəkistan təhlükəsizlik qüvvələri Stokholmun ən məşhur prospektlərindən birinə yük maşını ilə hücum edən şəxsin İŞİD-lə əlaqəsini təsdiq edib.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 39 yaşlı terrorçu Raxmat Akilov, 2015-ci ildə İŞİD sıralarına qoşulmaq üçün Türkiyə vasitəsilə Suriyaya keçməyə cəhd etsə də, saxlanılaraq İsveçə ekstradisiya edilib.
Xatırladaq ki, Stokholmda keçən həftə törədilən terror aktı zamanı beş nəfər həyatını itirmişdi. Bir içki şirkətinə aid maşını oğurlayan 39 yaşlı terrorçu paytaxtın mərkəzi prospektini qana bulamışdı.