Şimali İrlandiyada evli ər-arvad 8 il ərzində əlil bir qadını evlərinin bir otağında həbsdə saxlayaraq ona təcavüz edib.
Mynews.az xarici mediaya istinadla xəbər verir ki, Keyt Baxar və arvadı Karolin Baxar 8 il ərzində əlil bir qadını evlərindəki qaranlıq bir otaqda həbsdə saxlayıblar. Zavallı qadını seks köləsi halına gətirən Keyt Baxır əlil qadına dəfələrlə təcavüz edib. Üstəlik, cani cütlük məhəllədə yaşayanların da yaşlıya təcavüz etməsinə icazə verirmiş.
Bakerin keçmiş həyat yoldaşı və 4 uşağının anası olan Mandy Highfield baş verənləri hiss edincə polisə vəziyyəti bildirir. Mandy gördüklərindən dəhşətə gəlib: "Onlar psixi xəstədirlər. Əlil bir qadına bunları etmək ağılasığmazdı. Yaşlı qadın tapılanda cəmi 38 kilo idi”.
Qadının əsir olaraq saxlanıldığı kameranın görüntüləri ortaya çıxıb. Əlil qadının kimliyi isə gizli saxlanılır. İşığı və xalçası olmayan kiçik otaqda diqqət çəkən isə bir şokolad qutusudur. Dəhşətli hadisənin ürək bulandıran təfərrüatları gün üzünə çıxıb. Zavallı qadına təcavüz edildiyi zaman "normal dayanarsa" mükafat olaraq şokolad verirmişlər.

Keyt Baxar 15 il həbsə məhkum edilib. Bakerin əlil qadınla dostlarının porno filmlərini çəkdiyi də məhkəmə araşdırmasında yer alıb. Bakerin həyat yoldaşı Karolin isə cinayəti ört-basdır etdiyi üçün 18 ay həbsxanada olmaq üzrə 3 il himayə cəzası alıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub