ABŞ-ın iyirmidən çox sığorta şirkəti 2001-ci ildə 11 sentyabr terror aktına görə Səudiyyə Ərəbistanının iki bankı, Üsamə ben Ladenin ailəsi ilə əlaqəli şirkətlər və bir neçə xeyriyyə təşkilatına qarşı ümumi məbləği 4,2 mlrd. dollardan çox olan iddia irəli sürüb.
Mynews.az-ın verdiyi məlumata görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Həmin qurumlar “Əl-Qaidə”nin xeyrinə bir sıra addımlar vasitəsilə terror aktlarına dəstək göstərməkdə və təhrik etməkdə ittiham olunurlar.
Bundan əvvəl terror qurbanlarının 800-dək qohumu Səudiyyə Ərəbistanına qarşı kollektiv iddia irəli sürüb. İddiaçılar Səudiyyə Ərəbistanını “Əl Qaidə”ni maliyyələşdirməkdə və digər dəstək göstərməkdə ittiham edərək krallıqdan kompensasiya tələb ediblər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub