Nazirin yaşlı qadınla EŞQ MACƏRASI 15 yaşında 39 yaşlı müəlliməsinə vuruldu, sevişdi və... - FOTOLAR

956
Nazirin yaşlı qadınla EŞQ MACƏRASI 15 yaşında 39 yaşlı müəlliməsinə vuruldu, sevişdi və... - FOTOLAR

Fransanın növbəti prezidenti olmağa ən iddialı namizəd hesab edilən hazırkı iqtisadiyyat naziri Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Avropanın ən qeyri-adi birinci xanımı ola bilər. Əvvəla cütlüyün yaş fərqi insanların həm diqqətini çəkib, həm də onlar herontafillər (özündən yaşlılara meyil) üçün bir ilham pərisi rolunu oynayırlar. Belə ki, Bricit ərindən 24 yaş böyükdür. Onlar Emmanuelin 15 yaşında tanış olublar, daha doğrusu, Bricit Emmanuelin müəlliməsi olub. Öz müəlliməsinə aşiq olan yeniyetmə hələ o vaxt əhd edib ki, böyüyəndə məhz bu qadınla evlənəcək və sözünün üstündə də durub. Müəllim və şagird 2007-ci ildə evləniblər.

Publika.az xəbər verir ki, Emmanuelin bu günlərə gəlməsində müəllimə xanımının böyük rolu var. Deyilənə görə, fransız dili və ədəbiyyatı müəlliməsi hətta ərinin bütün çıxış mətnlərini hazırlayır ki, daha təsirli nitq söyləsin. Eynən məktəbdə onu digər uşaqlardan üstün tutduğu kimi...

Bu il 8 mart çıxışında Emmanuel belə demişdi: “Mən ona çox şey borcluyam. Təkcə xoşbəxtlik və qarşılıqlı sevgi deyil, məni bu günlərə gətirən o olub. Həmişə mənə dəstək olub. Bir an ruhdan düşməyə qoymayıb. Hələ məktəb illərində mənə deyirdi ki, sənin gələcəyin parlaq olacaq. Məni buna o inandırmışdı”, - deyə 40 yaşlı namizəd 64 yaşlı həyat yoldaşı haqqında bildirib.

Ümumiyyətlə, fransızlar qeybət etməyi sevən xalqdır. Xüsusən də gözlərinə xoş görünən siyasi simalar haqqında. Odur ki, bu yaraşıqlı, ağıllı kişi haqqında az qala, bütün fransız qadınları danışır. Bundan qabaq Nikolya Sarkozi dillərdən düşməzdi. Əsas səbəb isə onun prezident seçilən kimi arvadından ayrılıb gənc modellə evlənməsi olmuşdu. Fransua Olland isə fransızları xəyal qırıqlığına uğratdı. Çünki o, sıravi, arvadına sadiq həyat tərzi yaşayırdı. Axırda reytinqinin düşdüyünü görən Olland bilə-bilə oyuna gəldi, yəni kişini düz yoldan elədilər. Özünə cavan məşuqə tapdı və paparazzilərə yaxalandı. Dərhal Ollandın reytinqi xalq gözündə və dünya mətbuatında artmağa başladı. Bu fransızlar ta qədimdən eyş-işrət həvəskarıdırlar, boşuna deməyiblər ki, “fransız xalqı kef eləyir”.

Emmauel Makron isə prezident kürsüsünə gəlməmişdən qabaq diqqətləri özünə çəkib. Əvvəla o, Fransanın ən gənc naziridir. 36 yaşındaykən ölkənin iqtisadiyyat naziri olub. Üstəlik yaraşıqlı, seksual görünüşlüdür. Fransızlar onun haqqında belə deyirlər: “Gənc, yaraşıqlı və ağıllı”. Bundan başqa onun arvadı ilə tarixçəsi də gəzən söz-söhbətə əsas mövzudur. Yeri gəlmişkən, Emmanuel müəlliməsini ərindən ayırıb. Gənc oğlana görə Bricit üç uşağının atası olan əvvəlki ərindən boşanmalı olub. Amma buna qədər oğlan ondan üz çevirsin deyə, əlindən gələni edib. Lakin o, 17 yaşı tamam olarkən müəlliməsinə elə ərinin yanındaca belə deyib: “Nə etsəniz də, nə qədər məni uzaqlaşdırsanız da, alınmayacaq. Fikrimdən dönməyəcəm, mən sizinlə evlənəcəm!” O zaman ər-arvad yeniyetmənin bu sözlərinə gülübmüşlər. Amma bir neçə il sonra Bricit onun arvadı olanda özü özünə gülüb. Hazırda cütlük 10 ildir ki, evlidir. Uşaqları yoxdur, amma Bricitin nəvələrinə baxırlar. Yeri gəlmişkən, Emmanuel arvadının böyük uşağı ilə yaşıddır.

Razılaşaq ki, belə inadkar oğlan nəinki əvvəlki əri, elə əvvəlki prezidenti də unutdurar. Necə ki, Olland hakimiyyətdə ola-ola unudulub, hamı Makrondan danışır. Yeri gəlmişkən, hələ 2016-cı ildə namizədliyi bəyan edən Makron “İnqilab” adlı əsər yazmışdı ki, həmin kitab bestseller oldu.

Xatırladaq ki, Fransada prezident seçkiləri yaxın günlərdə - aprelin 23-də baş tutacaq.

Xəbər lenti