Bu ilin 28 Fevralında, Ankarada bir yol kənarında 6 güllə ilə öldürülmüş qadın cəsədi tapıldı. Cinayətlə bağlı qurulan xüsusi qrup, qadının 2 uşaq anası Özlem Aykutluğ (35) olduğunu təyin etdi. Özlem’in məmləkəti Qarsın Cemre kəndindəki 4 qardaşı, sorğulandı. Sorğuda 4 qardaş, “Kişilərlə gəzir” dedi-qodusu səbəbindən ailə məclisinin Özləm üçün “edam qərarı” verdiyini etiraf etdi. “Səni İstanbula aparacağıq” deyərək maşına mindiriləndə, Özləm öldürüləcəyini anlamış və qatili olacaq 4 qardaşına, “Nə olar uşaqlarımı yiyəsiz buraxmayın” demişdi. Ankarada təhlükəsizlik qrumlarından əldə edilən məlumata görə, Ankara-İstanbul yolunun kənarında 28 Fevral tarixində yol kənarına atılmış qadın cəsədi tapıldı. Cinayət üçün qurulan xüsusi qrup, qadının 2 uşaq anası Özləm Aykutluğ (35) olduğunu təyin etdi. Polis, Özləmin yaşadığı Qarsın Cemrə kəndinə gedərək yaxınlarını təqib etdi.
Daha sonra Özləmin 4 qardaşı Ersin (37), Erol (32), Ferhat (25) və Yasin Aykutluğ (29) nəzarətə alındı. Qardaşlar bacılarını öldürdüklərini etiraf etdi. Bu işdən peşiman olmadıqlarını bildirib dedilər ki, “bacılarının hanısa bir kişi ilə gəzdiyi barədə söz yayılıb. Onlar ailələrinin şərəfini və namuslarını təmizləyiblər.”
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1423 dəfə oxunub
2
Naxçıvan Hava Limanı vuruldu - VİDEO
1418 dəfə oxunub
3
Heç bir məktəbə ziyan dəyməyib - RƏSMİ
1386 dəfə oxunub
4
İrandan Türkiyəyə atılan raketlə bağlı AÇIQLAMA
1381 dəfə oxunub
5
İran Naxçıvana 4 dron yönləndirib - MN
1377 dəfə oxunub