Mynews.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Miçiqan ştatında qız uşaqlarını sünnət edən Jumana Naqarwala adlı doktora qarşı ittiham irəli sürülüb.
İttiham sübuta yetiriləcəyi təqdirdə doktoru ömürlük həbs gözləyir.
Naqarwala isə ittihamı rədd edir.
Davanın ABŞ tarixində bənzəri olmadığı bildirilir.
Vəkillərin bildirdiyinə görə doktor Naqarwala 6-12 yaş arasında qız uşaqları üzərində bu vəhşi əməliyyatı yerinə yetirirmiş. Həmçinin, sünnət etdiyi insanlara bunu kimsəyə söyləməməyi tapşırırmış.
Miçiqan ştatından kənarda yaşayan insanlar da Naqarwalaya qadın sünnəti ilə bağlı müraciət edirmişlər.
BMT: Qadın sünnətinə məruz qalmış 200 milyon qadın var
ABŞ yetkililəri 2012-ci ildə ölkədə sünnət edilən və ya bu risk altında olan qızların və qadınların sayının 500 mindən çox olduğunu bildirmişdilər.
BMT isə dünyanın dörd bir yanında qadın sünnətinə məruz qalanların sayının 200 milyona yaxın olduğunu açıqlayıb.
BMT-yə görə bu cür qadınlar ən çox Misir, Efiyopiya və İndoneziyada yaşayırlar.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub