50 yaşlı Müsəmmət Cahanı qəhər boğur. O, kiçik qızının indiki halında özünü, cahilliyini, laqeydliyini və bisavadlığını suçlayır.
Müsəmmətin kiçik qızı, 7 yaşlı Şahzadənin sol gözü kor olub. Daha doğrusu, qızın gözündəki xərçəng şişi böyüyüb, şişib və onun bəbəyini töküb.
Mynews.az Milli.Az-a istinadən bildirir ki, Pakistanın ucqar kəndində yaşayan Müsəmmət Cahanın qızı hələ 8 aylıq olanda onun sol gözündə problemlər yaranmışdı.
Daha sonra şiş əmələ gəlib.
Həkimlər cərrahiyyə əməliyyatı ilə şişi kəsib götürsələr də, problem həll olunmayıb.
Bir qədər sonra şiş yenidən böyüməyə başlayıb.
7 yaşlı Şahzadənin üzündə indi az qala başı boyda şiş var.
Müsəmmətin əri, 55 yaşlı Əli Həsən Şeyxin sözlərinə görə, Şahzadənin gözünü kor etmiş şişi müalicə etmək üçün pulları yoxdur.
"Qızımı Kəraçiyə apardım, orada əməliyyat olundu. Şişi kəsib götürmüşdülər. Amma şiş yenə yarandı və böyüdü. Çarəsizik indi", - Həsən Şeyx deyib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub