Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun xanımı, fiqurlu konkisürən Tatyana Navka 2016-cı ildə qazandığı 120 milyon rubl gəlirlə Kreml məmurlarının xanımları arasında liderlik edib.
Mynews.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Dmitri Peskov həyat yoldaşından 9,4 dəfə az - 12,8 milyon rubl qazanıb.
Qeyd olunur ki, T.Navkanın Rusiyada 2 torpaq sahəsi və 2 evi, 4 mənzili, ABŞ-da isə 1 mənzili, eləcə də 3 avtomobili var.
D.Peskovun isə 2 mənzili, 2 torpaq sahəsi və 700 kvadratmetrlik evi var.
Prezidentin köməkçisi Yuri Uşakovun xanımı 1 il ərzində qazandığı 37 milyon rublla ikinci yerdə qərarlaşıb. Uşakovun özü 8 milyon rubl əldə edib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub