Müharibə bu gün başlayacaq Məxfi hücum PLANI

614
Müharibə bu gün başlayacaq Məxfi hücum PLANI

ABŞ Şimali Koreyanın növbəti nüvə sınaqlarına qarşı önləyici zərbə vurmaq planları hazırlayıb.

Mynews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının yüksəkvəzifəli məmurlarından biri “NBC News” telekanalına açıqlamasında bildirib.

Pxenyan Kim Çen İnin atası Kim İl-Sungun 105 illik yubileyinin keçiriləcəyi aprelin 15-də, yəni bu gün gün “böyük hadisə”nin olacağını bildirib.

Kəşfiyyatçı telekanala deyib ki, onlarda olan məlumata görə, Pxenyan yeni nüvə sınaqlarını istirahət günlərindən birinə (ya şənbə, ya da bazar günü) təyin edib.

Onun sözlərinə görə, Amerka “Tomaqavk” qanadlı raketlərin atışına uyğunlaşdırılmış iki gəmini regiona yerləşdirib. Bu gəmilərdən biri Şimali Koreya poliqonundan 500 kilometr məsafədədir. Bundan başqa Sakit okeanın şimal-qərb hissəsində ABŞ-ın mülki olan Guam adasına ağır bombardmançılar yerləşdirilib.

“Zərurət olacaqsa, Şimali Koreyaya hücum ediləcək”, - deyə amerikalı kəşfiyyatçı vurğulayıb.

Bütün bunlarla yanaşı, hücum başlayacaqsa, Amerika Pxenyana hiberzərbələr endirəcək, həmçinin, yerüstü əməliyyat keçirəcək.

Rəsmi Pxenyan ABŞ-ı dünyanın təhlükəsizliyinə qarşı hərəkət etməkdə ittiham edir. Kim Çin İnin hökuməti bildirir ki, ABŞ-ın istənilən addımına qarşı “amansız cavab zərbəsi” endiriləcək və bu nüvə müharibəsinə səbəb ola bilər.

Lakin telekanalın həmsöhbətləri bildirirlər ki, Şimali Koreyanın nə uzaq hərəkət radisunda olan nüvə silahları, nə də qitələrarası raketləri var.

Eyni zamanda qeyd edilir ki, ABŞ-ın hərəkətləri Pxenyanın Seula hücumuna səbəb ola bilər.

Cənubi Koreyanın xarici işlər naziri Yuna Ben Se qeyd edir ki Birləşniş Ştatlar addımlarını onun ölkəsi ilə uyğunlaşırmalıdır.

“Amerika məmurları bizim qorxularımız haqda bilirlər, lakin dəfələrlə inandırırlar ki, Vaşinqton Şimali Koreya ilə bağlı addımlarını Seulla müzakirə edəcək. Onların davranışları isə bizdə əks fikirlərin yaranmasına səbəb olur”, - deyə o, bildirib.

Pxenyan müxtəlif silahların sınağını mütəmadi olaraq həyata keçirir. Martda bir neçə raketi, aprelin 4-də isə ballistik raketi uğurla sınaqdan keçirtdi. Şimali Koreya ötən ilin sentyabrında elan etdi ki, nüvə silahının hazırlanması işin başa çatdırıblar. Pxenyanın bu addımlarına qarşı ən sərt sanksiyalar tətbiq olunsa da, heç bir nəticə vermir.

Bu gün Şimali Koreya Kim İl-Sungun 105-ci ildönümünü, yəni “Günəşin doğulduğu gün” bayramını qeyd edir. Gözləniləndir ki, Pxenyan “böyük hadisə” adlandırdığı addımı bu gün atsın. Əgər bu baş verərsə, Amerika kəşfiyyatçının bəhs etdiyi hücum planı işə düşə bilər.

Telekanalın həmsöhbətləri istisna etmirlər ki, Pxenyan haqqında danışdığı “böyük hadisə”ni bu gün, ya da sabah həyata keçirəcək. Vaşinqton isə buna qarşı mütləq hansısa addım atacaq.

 

Xəbər lenti