Rusiyanın Moskva şəhərində “Maserati” avtomobili işıq dirəyinə çırpılaraq alışıb.
Mynews.az İstipress-ə istinadən xəbər verir ki, maşının sürücüsü hadisə yerində yanaraq ölüb.
Avtomobil moskvalı biznesmenin 26 yaşlı oğlu Artur Moiseyevə məxsus idi. Elə bahalı avtomobili də oğluna atası hədiyyə edibmiş.
Qəza bu gün günorta saatlarında Rostov sahilində baş verib. Yüksək sürətlə hərəkət edən “Maserati” işıq dirəyinə çırpılıb. Dərhal sonra isə yanğın baş verib.
Saytın məlumatına görə, gənc oğlan yüksək sürətlə hərəkət edirdi və kor bağırsağından əməliyyat olunan dostuna baş çəkmək üçün xəstəxanaya gedirdi.
Artıq Federal KİV avtomobilin sahibi Artur Moiseyevin öldüyü barədə məlumat yayıb. Arturun atası Andican Moiseyev mətbəx texnikasının ticarəti ilə məşğul olur. Atanın hadisə yerinə gəlməsinə baxmayaraq, polislər tərəfindən yanmış avtomobilin yanına buraxılmayıb.
Kütləvi İnformasiya Vasitələrinin məlumatına görə, sürücünün ölməsinə səbəb yanğın deyil, açıq kəllə-beyin travması olub.
Mynews.az faciəli qəzanın görüntülərini təqdim edir. Əsəbi zəif olanlar baxmasın:
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1053 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
1016 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
1007 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
1005 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
982 dəfə oxunub