Müqəddəs taxtın rəsmi nəşri “L'Osservatore Romano” Roma Papası XVI Benediktin öz 90 illik yubileyini doğma Bavariyadan olan qonaqlar ilə qeyd etdiyinə dair məlumat yayıb.
Mynews.az-ın məlumatına görə, Oxu.Az Life-a istinadən xəbər verir ki, o, təntənəli anı pivə ilə qeyd edib.
Nəşr XVI Benediktin qonaqları ilə birgə masada əlində pivə bakalı ilə şəklini dərc edib. Papanın qardaşı Monsenyor Georq Rattsinger də ona qoşlub.
XVI Benediktə hədiyyələrin olduğu səbət təqdim edilib. “The New York Times” nəşrinin yaydığı məlumata görə, səbətdə sosilər və kolbasa məmulatları olub.
XVI Benedikt yubileyindən bir gün sonra təbrik edilib.
O, 1927-ci ilin aprel ayının 16-da dünyaya gəlib, builki ad günü Pasxa bayramı ilə üst-üstə düşüb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub