İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi həbs olunub.
Mynews.az Virtualaz.org saytına istinadən xəbər verir ki, BMT rəsmisi Haissam Əbu Səid Bağdadinin Rusiya və Suriyanın birgə keçirdiyi kəşfiyyat əməliyyatı nəticəsində yaxalandığını deyib.
"BMT-nin informasiya və təhlükəsizlik Komitəsi yanında informasiya Bürosu dəqiq məlumat alıb ki, xəlifə Əbu Bəkr əl-Bağdadi Suriyanın şimalında, Rusiya və Suriya kəşfiyyat qüvvələrinin birgə əməliyyatı sayəsində yaxalanıb”-Haissam Əbu Səid bildirib.
BMT rəsmisinin bildirdiyinə görə, Bağdadi mühasirədə olan Mosulu aprelin 2-də tərk etməyə nail olub və Suriyaya keçib. Lakin əbu Səid deyib ki, Bağdadinin yaxalanması əməliyyatının dəqiq detalları barədə məlumat verə bilməz. BMT-nin Avropa təhlükəsizliyi və informasiya departamentinin rəhbəri, italyan diplomat Luçano Konzorti də Bağdadinin yaxalandığı haqda informasiya aldıqlarını təsdiqləyib. Lakin hələlik Rusiya və Suriya rəsmi qaynaqları bu məlumata şərh vermir.
Əgər Bağdadinin Rusiya kəşfiyyatı və Bəşər Əsədin xəfiyyələri tərəfindən yaxalandığı doğrudursa bu, Moskvanın İŞİD terroruna qarşı çox ciddi uğuru hesab oluna bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub