“Qeroi Arsenala” gəmisinin qəzaya uğraması nəticəsində ölən üç dənizçinin cəsədi Kerçen körfəzində aşkar edilib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə regionun xüsusi xidmətlərdə olan mənbə bildirib.
“Xilasetmə gəmisinin göyərtəsinə ölən iki dənizçinin cəsədi çıxarılıb, gəmi yaxınlığında daha bir cəsəd aşkar edilib”, - agentliyin həmsöhbəti bildirib.
Hadisə yerində 139 xilasedici işləyir. Axtarışlara hava şəriti, yüksək dalğalar və güclü külək mane olur.
10:10
Rusiyanın “Qeroi Arsenala” gəmisi Qara dənizdə qəzaya uğrayıb. Bir nəfər xilas edilib, başqa xilas olanlar haqqında məlumat yoxdur.
Mynews.az TASS-a istinadən xəbər verir ki, bu barədə FHN-in Krasnodar vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“Qəza bölgəsində yalnız bir nəfər xilas edilib, o, xilasedici gəminin göyərtəsindədir. 12 nəfərlik heyətin digər üzvlərini aşkar etmək mümkün olmayıb”, - agentliyin həmsöhbəti deyib.
Xilasedicilər dörd dənizçi aşkar ediblər, amma hələlik onlara yaxınlaşa bilmirlər. Onların xilasedici jiletlərdə olduğu bildirilib. Dənizçilərin axtarışına qasırğa mane olur.
Gəminin göyətrəsində doqquz Ukrayna, iki Rusiya və bir Gürcüstan vətəndaşının olduğu bildirilib.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub