Səudiyyə Ərəbistanının HHQ-yə məxsus helikopteri Yəməndə dostluq atəşinin qurbanı olub.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yəmənin Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.
Daha öncə “Black Hawk” helikopterinin qəzaya uğramasına dair məlumat yayılmışdı. Qəza Yəmənin Marib vilayətində hərbi tapşırığı yerinə yetirərkən baş verib.
Bununla yanaşı, “Reuters” agentliyi Səudiyyə Ərəbistanının SPA agentliyinə istinadən ölkənin HHQ helikopterinin qəzaya uğramasına dair məlumat yaymışdı. Hadisə nəticəsində ən azı göyərtədə olan 12 nəfər ölüb.
Qəzanın təfərrüatlarını aydınlaşdırmaq üçün istintaq aparılır. Əhməd Asiri koalisiyasının nümayəndəsi “France-Press” agentliyinə səbəblər haqqında danışmağın hələ tez olduğunu deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub