Yunanıstanın şimali-şərqində hərbi helikopter qəzaya uğrayıb, dörd hərbçi ölüb, bir nəfər xəstəxanaya yatırılıb. Üçgünlük matəm elan edilib.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, RİA Novosti-yə bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.
Çərşənbə günü səhər quru qoşunlarının UH-1H helikopteri Larisadan Kozaniyə planlaşdırılmış uçuşu yerinə yetirmək üçün səmaya qalxıb. Helikopter Sarantapor rayonu yaxınlığında qəzaya uğrayıb. Axtarış-xilasetmə əməliyyatı zamanı dörd hərbçinin cəsədi tapılıb, onların kimliyi müəyyən edilib. Hərbçi qadın yaralanıb, o, xəstəxanaya yatırılıb, onun həyatı təhlükədə deyil, bu barədə baş qərargah məlumat yayıb.
Qəzanın səbəbləri araşdırılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub