Çexiya Senatı yeni doğulmuş körpələrə qulluq etmək üçün atalara birhəftəlik ödənişli məzuniyyətin verilməsi imkanı barədə qanun layihəsini aprelin 19-da təsdiq edib.
Mynews.az xəbər verir ki, əgər ata, yaxud məhkəmənin uşaq üzərində təyin etdiyi qəyyum buna qədər tibbi sığorta üçün ödənişlər edibsə, ona analıq məzuniyyətində olan qadınlar kimi məvacibinin baza hissəsinin 70 faizi ödəniləcək.
Hökumətin fikrincə, maliyyə dəstəyinin bu növü valideynlərlə uşaqlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək və kişiləri uşaqlara qulluq prosesinə qoşulmağa sövq edəcək.
Ödənişli məzuniyyət hüququ doğum haqqında şəhadətnamədə adı körpənin atası kimi qeyd olunmuş, yaxud məhkəmə tərəfindən uşağın qəyyumu təyin edilmiş kişilərə veriləcək. (Azərtac)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub