11 sentyabr hadisəsindən sonra ABŞ-ın Əl-Qaidə tərəfdarlarına xarici ölkələrdə verdiyi işgəncələr haqqında məlumatlar üzə çıxıb. Belə ki, ABŞ-da MKİ-nin terroristləri işgəncə altında mühakimə etməsini ortaya qoyan senatın hesabatı açıqlanıb. Ağ Evdə açıqlanan MKİ-nin dünyanın böyük diqqətlə gözlədiyi işgəncə hesabatında qandonduran etiraflar yer alıb. Hesabatda 119 nəfərə burğu və süpürgə sapı təcavüz də daxil olmaqla müxtəlif üsullarla işgəncə verildiyi qeyd olunub. Ağ Evdən isə bu barədə “Utanırıq, amma demokratiyamızla fəxr edirik” deyə açıqlma gəlib. Buş dövrünü əhatə edən 480 səhifəlik həmin hesabatın Ərəb dünyasında hiddətə yol açmasından narahat olduqları üçün ABŞ səfirliklərində təhlükəsizlik tədbirləri gücləndirilib.
Moderator.az Vaşinqton Post qəzetində yayımlanmış həmin hesabatdakı ən dəhşətli 10 işgəncə haqqında məlumatı təqdim edir:
1. MKİ 119 məhbusdan 26-sı xüsusi yerlərə həbs olunubmuş. Bu adların arasında Abu Hudhaifa adlı şəxs də olub. Hudhaifa buzlu duş və 66 saata qədər yuxusuz saxlanmaq kimi işgəncələrə məruz qalıb. Ancaq bu işgəncələrdən sonra MKİ Hudhaifanın axtardıqları adam olmadığını fərq edib.
2. O dövrdə ABŞ prezidenti olmuş Corc Buş "gələcək mühakimə etmə texnikaları" ilə bağlı ilk brifinqini proqram başladıldıqdan 4 il sonra, yəni 2006-ci ildə alıb. MKİ-nın qeydlərinə görə, prezident Buş gördüyü bir fotodan xüsusilə çox narahat olub. Həmin fotoda bir məhbus çılpaq şəkildə tavana zəncirlənibmiş.
3. MKİ ən azı 5 məhbus üzərində "rektal bəsləmə" və "rektal hidrasyon" işgəncə texnikalarından istifadə edib. Əsirlər arasında olan Macid Xanın yeməyi püre halına gətirilərək rektal yollardan "yeridilirmiş”.
4. MKİ əməkdaşları ən az üç məhbusu ailə üzvlərini öldürməklə təhdid edib. Birinə anasının boğazının kəsiləcəyini deyiblər.
5. MKİ əməkdşaları onlarla birgə çalışan iki agenti də həbs edib. Onlardan Əl-Qaidənin həyata keçirəcəyi hücumlar haqqında məlumat almaq istəyiblər. Bu agentlər aylar sürən bir prosesdən sonra buraxılıblar. Saxlanıldıqları müddətdə Əbu Zübeydə alı agenti tabut böyüklüyündə bir qutunun içində 266 saat saxlayıblar. Qutunun içində yalvaran və ağlayan Zübeydə oradan ancaq bir tabutun içində çıxa biləcəyini deyiblər.
6. Xalid Şeyx Məhəmməd adlı məhbusa isə 183 dəfə "Waterboarding" adı verilən su ilə boğma işgəncəsi tətbiq olunub. Bu işgəncə zamanı nəfəs almağa çalışan Məhəmmədin dodaqları tutularaq ağzının içinə su doldurulub.
7. Hesabatı təqdim edən senat komitəsi hesabatların içində bir fotoşəkil tapıb. Həmin fotoda MKİ-nin işgəncə vermədiyini iddia etdiyi bir bölgədə "waterboarding" qurğusunun yerləşdirildiyi əks olunub. MKİ rəsmiləri bu fotoya heç bir izah verə bilməyib.
8. Səhvən həbs olunan 26 nəfərin içindən Nəzər Əli adlı şəxsə də işgəncə verilib. Məhbusun ağlayarkən qeyd edilən səsindən ailəsinə təhdid kimi istifadə edilib.
9. MKİ rəsmiləri bəzi məhbuslara "klassik" işgəncə üsulları tətbiq edib.
10. Hesabatda bəzi məhbusların qandallanıb, 72 saat boyunca ayaq üstdə saxlanıldı və bu müddət ərzində tez-tez üzərilərinə soyuq su töküldüyü də qeyd olunub.