Ermənistan silahlı qüvvələrinin müddətli hərbçisi, kiçik çavuş Narek Zavenoviç Akopyan qeyri-döyüş şəraitində aldığı güllə yarasından ölüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan da təsdiqləyib.
İnformasiyaya əsasən, o, ölkənin Vayotsdzor vilayətinin Vayk şəhərindəki hərbi hissədə qulluq edib.
Kiçik çavuş xidməti avtomat silahını təmizləyərkən təhlükəsizlik qaydalarına əməl etmədiyindən atəş açılıb. O, aldığı güllə yarasından ölüb.
Narek Akopyan 1986-cı ildə Vayotsdzor vilayətinin Arpa kəndində anadan olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub