Belarus prezidenti Aleksandr Lukaşenko parlamentə və vətəndaşlara müraciət edərkən Minskin Avropa İttifaqına qarşı cavab sanksiyaları ilə çıxış etməyə hazır olduğunu bəyan edib.
Mynews.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Rossiyaskaya qazeta” məlumat yayıb.
“Bizi Avropa İttifaqı bazarlarına buraxmırlar. Niyə öz bazarlarımızı qorumuruq, niyə tamamən simmetrik və adekvat şəkildə Belarus dəyərlərini göstərmədik?”, - Lukaşenko deyib.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Belarus hökumətindən “konkret addımlar” gözləyir.
Lukaşenkonun sözlərinə görə, ölkə ənənəvi bazarlara çıxmalıdır. İlk olaraq rus bazarına, belə ki, Belarus iqtisadiyyatı Rusiyada tələb olunandır.
Lukaşenko Belarusun hansı sanksiyaları tətbiq edə biləcəyini dəqiqləşdirməyib.
1
Sumqayıt qatarının qarşısına qəflətən çıxan gənc öldü
480 dəfə oxunub
2
20 ballıq cərimə limiti artırılır? - VİDEO
472 dəfə oxunub
3
Uşaqlar: "Sizdən Allaha şikayət edəcəyik" - FAKT
434 dəfə oxunub
4
Ali təhsilsiz gəncləri nə gözləyir? - ARAŞDIRMA
428 dəfə oxunub
5
Uşaq və süd: İkisini də qoruyaq?... - ARAŞDIRMA
427 dəfə oxunub