Rusiyanın Xabarovsk şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FTX) qəbul şöbəsinə silahlı hücum olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, FTX-nın İctimaiyyətlə əlaqələr mərkəzinin məlumatına görə, hadisə nəticəsində biri xidmətin əməkdaşı olmaqla, iki nəfər ölüb.
“Aprelin 21-də Rusiya FTX-nın Xabarovsk dairəsi üzrə idarəsinin qəbul şöbəsində naməlum şəxs daxil olaraq oradakı insanlara atəş açmağa başlayıb. FTX əməkdaşı və orada olan MDB ölkələrindən birinin vətəndaşı ölüb, digəri isə yaralanıb. Hücum edən də öldürülüb”, - deyə FTX-nın İctimaiyyətlə əlaqələr mərkəzinin məlumatında qeyd olunub.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub