Özbəkistanın hüquq-mühafizə orqanları Daşkənddə 14 min dollara dördyaşlı oğlunu satmağa çalışan qadını saxlayıb.
Mynews.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda paytaxt polisinin mətbuat xidməti bildirib.
Agentliyin həmsöhbəti deyib ki, qadının öz uşağının satmaq barədə qərar qəbul etdiyi ilə bağlı informasiya daxil olmasından sonra polis əməkdaşları potensial alıcı rolunda çıxışı edərək əməliyyata başlayıb. Qadın “avans” aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.
Uşaq hazırda reabilitasiya mərkəzindədir. Qadın barəsində “insan alveri” maddəsi ilə cinayət işi başlanıb. Onu 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub