Ticarət mərkəzinin dördüncü mərtəbəsində olan ana kiçik qızı ilə birlikdə eskalatorla aşağı düşürdü. O, binanın üçüncü mərtəbəsindəki oyuncaq dükanına yollanırdı. Lakin eskalatorda ana ehtiyatsızlıq edib və uşağın əlini buraxıb.
Bu an faciə baş verib.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, olay Özbəkistanın Əndican şəhərindəki "Özbegim" ticarət mərkəzində yaşanıb.
Ananın qucağında kiçik övladı vardı. O, 3 yaşlı qızının əlindən tutmuşdu. Eskalatorda donunun ətəyi pilləyə ilişən qadın uşağın əlini buraxır və bu zaman 3 yaşlı qız aşağı düşür.
Dördüncü mərtəbədəki eskalatordan aşağı düşən uşaq aldığı zərbədən keçinib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub