"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" Sevgilisi oğlunu öldürən qadın - VİDEO

1416
"Ərim onunla görüşdüyümü bilirdi, amma vecinə deyildi" Sevgilisi oğlunu öldürən qadın - VİDEO

Türkiyədə oğlu sevgilisi tərəfindən qətlə yetirilən qadın tükürpədici açıqlamalar verib.

Milli.Az haberler-ə istinadən xəbər verir ki, 10 yaşlı oğlu Beratcanın öldürülməsindən sonra Türkan Karakütük hər şeyi danışıb.

Oğlunun ölümüylə bağlı mühakimə olunduğu iddiada haqqında bərat qərarı çıxarılan və oğlunun ölümüylə hər hansı əlaqəsinin olmadığını deyən Türkan: 

"19 illik evliliyimin 16 ili yoldaşımdan ayrılmaq istəməklə keçdi. Çünki yoldaşım məsuliyyətsiz bir insan idi. Ailəyə laqeyd, müstəqil bir həyatı vardı, qazandığını həmişə başqa qadınlarla birlikdə yeyirdi. İki dəfə mənə xəyanət etdiyini öz gözümlə görmüşəm. Boşanmaq istədiyimi dəfələrlə dilə gətirdim, lakin öldürülməklə təhdid edilirdim. Evliliyimiz bu şəkildə illərlə davam etdi. Dörd il əvvəl eyni iş yerində çalışdığımız Ersin Kaşıkçı ilə sevgili olduq. Ersin də mənim kimi evli idi, 3 uşaq atası idi. Ersin ilə əlaqəmiz davam edərkən, o, yoldaşından ayrıldı, lakin mənim evliliyim hələ davam edirdi.

''Həyat yoldaşım əlaqəmizi bilirdi''

Ersin Kaşıkçı ilə olan əlaqəmi yoldaşıma dəfələrlə dedim. Əlaqəmizi məndən başqa, Ersin də yoldaşıma söylədi. Yoldaşıma zəng edib mənimlə birlikdə olduğunu deyib, amma yoldaşımın vecinə deyildi. Sonda Ersin mənə: "Niyə heç birlikdə fotomuz yoxdur?" dedi. Mən də Ersin ilə səmimi fotolar çəkdim. Daha sonradan öyrəndim ki, Ersin bu fotoları yoldaşıma göndərirmiş və mesaj yazıb ki, "Uşaqlarına sahib çıx, Türkanla evlənəcəyəm". Həyat yoldaşım fotoları mənə göstərib: "Əgər boşansan, bu fotoları məhkəməyə təqdim edərəm və uşaqların üzünü bir daha görə bilməzsən", - deyə uşaqlarımla təhdid etdi. Bu fotolardan sonra bizim Ersin ilə münasibətimiz daha iki il davam etdi və bunu uşaqlarım da, yoldaşım da bilirdi.

Beratcanın itdiyi günün səhəri Ersin Kaşıkçı ilə telefonla danışdım. Ersinə artıq ayrılmaq istədiyimi söylədim. Ersin də, "Axşam 10 dəqiqəliyinə gəl, görüşək" dedi. Qəbul etmədim. Həmin gün günorta Beratcan yoxa çıxdı. Heç ağlıma gəlmədi ki, Ersin belə bir şey edəcək. 1.5 il əvvəl yoldaşıma evimizin qarşısında bıçaq çəkib öldürməklə təhdid etmişdi.

'' Həyat yoldaşımı öldürəcəkdi, oğlumu öldürdü ''

Mən yoldaşımı öldürəcəyini gözləyərkən, oğlumu öldürdü. Niyə belə bir şey etdi, inana bilmirəm. Belə olacağını təxmin edə bilməzdim. Hadisənin bu yerə gələcəyini bilsəydim uşaqlarımı götürüb ata evimə gedərdim. Belə olmağını istəməzdim. Uşaqlarıma çox düşkün bir ana olduğumu Ersin də, yoldaşım da bilirdi. Vicdansız bir ana olsaydım, bu ağrını yaşamazdım".

Ötən gün baş tutan məhkəmə prosesində, Kaşıkçıya 4 ildən 14 ilə qədər həbs cəzası verilib, uşağın anası Türkana isə bəraət qərarı çıxarılıb.

Xəbər lenti