Türkiyənin Manisa şəhərində dövlət məmuru olan Mustafa K. nahar üçün evinə dönərkən həyat yoldaşını yataq otağında başqa kişi ilə tutub.
Belə ki, dövlət idarəsində çalışan 35 yaşlı Mustafa K. nahar üçün evinə gedib. Mustafa K. 27 yaşlı Ayşenur K.-nin hərəkətlərindən şübhələnərək yataq otağındakı qarderobu açarkən arvadının sevgilisi Halis A.-nı görüb.
Milli.Az habertürk-ə istinadən xəbər verir ki, hirsli ər mətbəxə qaçaraq götürdüyü bıçaqla öncə həyat yoldaşının sevgilisini sinəsindən, sonra da yoldaşını qarın boşluğundan bıçaqlayıb.
Qonşuların mənzildən gələn qışqırtı səslərindən sonra hadisə yerinə gələn polislər evdə üç yaralının olduğunu görüblər. Məlum olub ki, məmur ər həyat yoldaşı və sevgilisini bıçaqladıqdan sonra özünə də xəsarət yetirib.
Hər üç yaralı xəstəxanaya çatdırılıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub