Ermənilər Serj Sarkisyanın bu günlərdə irəli sürdüyü “millət – ordu” ideyasını qəbul etmirlər.
İstipress-in müxtəlif erməni nəşrlərində apardığı araşdırmadan məlum olur ki, istər diaspor təmsilçiləri olsun, istərsə Ermənistanda yaşayanlar - erməni icmaları bu ideyanı qəbul etmir və bu doktrinanın yalnız Serj Sarkisyanın hakimiyyətini gücləndirmək cəhdi olduğunu bildirirlər. Beləliklə, Ermənistan ordusu əsas mövqeyni - xalqın dəstəyini itirir.
Bu fikir erməni şərhçi Arman Amatuninin “Niyə Serj Sarkisyanın “millət-ordu” barədə fikri gülüş və həyəcan doğurur?” adlı məqaləsində daha dolğun əks etdirilir:
“Məhz aprel döyüşlərinin hakiyyəti “millət-ordu” konsepsiyasını irəli sürməyə məcbur etdiyini demək çətindir, bu ya bəhanə oldu, ya da əlverişli hadisə. Əsas səbəb başqadır - hakimiyyət daxilində olan problemlərdir, daha dəqiqi 2018-ci il probleminin həllidir. Bu məsələdə “millət-ordu” konsepsiyası Serj Sarkisyan və onun siyasi planları, niyyətləri üçün vacib və təsirli vasitədir”.
“Millət-ordu” konsepsiyasının əsasında isə aşağıdakılar durur:
Ali məktəbləri bitirən gənclərə ayda 500 dollar maaşa 3 illiyə orduda zabit kimi qulluq etmək təklif edilir. Bu, İrəvandakı orta maaş göstəricisindən 2 dəfə, regionlardakı orta maaş göstəricisindən isə 3 dəfə yüksək rəqəmdir.
Həmçinin orduya çağırış yaşı çatmış gənclərə isə 3 illik muzdlu- müddətli hərbi xidmət təklif edilir. Onlar həmin müddətin 7 ayını öz evlərində keçirəcəklər. Yəni 6 aydan sonra muzdlu əsgərlər 1+1+2 sistemi ilə xidmət edəcəklər. Bunun 1 həftəsini evdə, 1 həftəsini hazırlıqda, 2 həftəsini isə ön cəbhədə keçirəcəklər.
Orduda 3 illik xidməti başa çatdıran gənclərə 10 min dollar pul verilir və onlar bu pulu 3 istiqamətdə - şəhərlilər ucuz ipoteka, kəndlilər isə mini ferma yaratmaq istiqamətində, yaxud təhsil haqqı kimi istifadə edə bilər.
Təbii ki, bu şərtlər daxilində Serj Sarkisyan özünə və klanının maraqlarına xidmət edəcək silahlı dəstə yarada bilər. Helsinki Vətəndaş Assmbleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakuns “1in.am”a müsahibəsində bunun Ermənistanı xarabarzarlığa çevirəcəyini deyir: “Respublika Partiyası öz siyasəti ilə Ermənistanı xarabalıqlara və qəbristanlığa çevirəcək. “Millət-ordu” konsepsiyasını talançılıq saymaq olar. Burada öz maraqlarını insanların həyatı bahasına təmin etmək məntiqi hakimdir”.