Türkiyədə həyat yoldaşı Burcu Okumuşu 5 bıçaq zərbəsiylə öldürən və sonra özünə xəsarət yetirən Özgür Okumuş xəstəxanadan çıxarılıb. Məhkəməyə gətirilən Okumuş qapıda gözləyən jurnalistlərə "Yaxşı çəkin. Mən də zamanında çəkərdim" ifadələrini işlədib.
Okumuş ifadəsində həyat yoldaşının onu aldatdığını düşündüyü üçün qısqanclıq stressi keçirdiyini söyləyərək özünü müdafiə edib. Özgür Okumuş "Aldadıldığımı düşündüyüm üçün öldürdüm. Sinəsinə, qarınına və dizinə bıçalqa vurdum. Sonra özümü öldürməyə çalışdım" deyib. Məhkəmə şübhəlinin 3 gün həbsxanada qalmasına qərar verib.
Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Qeyd edək ki, 42 yaşlı Özgür Okumuş 25 yaşlı həyat yoldaşı Burcu Okumuşu sosial şəbəkədə paylaşdığı şeirdə təsvir edildiyi kimi öldürüb. Özgür həyat yoldaşını 18 apreldə 5 bıçaq zərbəsiylə öldürmüşdü.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub